525.Az

“Sizin üçün qəbiristanlıqdan daha dinc yer olmayacaq"


 

“Sizin üçün qəbiristanlıqdan daha dinc yer olmayacaq"<b style="color:red"></b>

Ukrayna lideri Volodimir Zelenski xalq qarşısında çıxış edərək vətəndaşlarından güclü olmalarını istəyib. 

525.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Rusiya ordusunun da Ukraynadakı cinayətlərinə görə cəzalandırılacağını bildirib. 

"Biz minlərlə qurbanı unutmayacağıq. Allah da unutmayacaq. Bu gün yox, sabah yox. Heç vaxt!", - deyə Zelenski qeyd edib.

Çıxışı zamanı o, düşməni bağışlamayacaqlarını vurğulayıb:

"Evləri məhv etdiyi üçün onları bağışlamayacağıq. Bizi 500-dən çox raket vurdu. Şəhərlərimizi, insanlarımızı vuran, torpaqlarımızı bombalayan, raket atan hər kəsi tapacağıq. Dünyanın heç bir yeri sizin üçün qəbiristanlıqdan daha dinc olmayacaq".

El Roman

 





07.03.2022    çap et  çap et