Ukrayna və Rusiya arasında martın 7-də keçirilən danışıqların üçüncü raundu başa çatıb. Tərəflər humanitar dəhlizlərin logistikasında irəliləyiş əldə ediblər, digər məqamlar üzrə isə intensiv məsləhətləşmələr davam edir.
525.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak tvitter səhifəsində yazıb.
"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında kiçik müsbət dəyişikliklər var. Atəşkəs və təhlükəsizlik təminatları ilə yanaşı, nizamlanmanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib", - deyə Podolyak əlavə edib.
Emil Hüseynli
çap et