525.Az

Yeniləşən və müasirləşən Biləsuvar


 

Yeniləşən və müasirləşən Biləsuvar  <b style="color:red"></b>

Biləsuvara gəlişimiz may günlərindən birinə təsadüf etdi. Hava bərk bürkü idi. Doğrusu rayonun mərkəzində gördüyümüz böyük dəyişikliklər diqqətimizi elə cəlb etmişdi ki, bürkü barədə qəti düşünmürdük. Vaxtilə ilan mələyən çöllərdə indi nəhəng tikinti meydançasına çevrilən, müasirləşən, yeniləşən, tərəqqi yüksəliş yollarında inamla irəliləyən Biləsuvarı görürdük.

Son illərdə burada həqiqətən genişmiqyaslı tikinti-quraşdırma işləri  aparılıb. Yeni tikilən obyektlər, geniş yenidən qurulmuş küçələr, müasir üslubda tikilən yaşayış evləri göstərir ki, biləsuvarlılar yeni günlər yaşayırlar. Artıq keçmiş Biləsuvardan əsər-əlamət qalmayıb. Biləsuvar R.İ.H-nin başçısı Mahir Quliyevin rəhbərliyi altında mədəni-quruculuq işləri uğurla davam etdirilir. Yeni layihələr həyata keçirilir, yerləri açılır.

Ötən müddətdə əldə olunmuş   uğurlar sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən həyata keçirilən daxili xarici siyasət xətti, çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyası yeni tarixi şəraitə uyğun olaraq  inamla, qətiyyətlə davam etdirilib, müstəqil Azərbaycan  bütün həyati əhəmiyyətli sahələrdə  dinamik tərəqqiyə nail olub.

Respublikamızın  bölgələrində olduğu kimi, Biləsuvarda da son illər, eləcə 2014- ilin birinci rübündə əldə ounmuş iqtisadi göstəricilər yüksək inkişafdan, uğurlardan xəbər verir.2014- ilin birinci rübündə yerli gəlirlər 3.5 milyon  manata qarşı 4.2 milyon manat  ya 119.5 faiz yerinə yetirilib. Yerli xərclər 3.5 milyon manata qarşı 3.7 milyon manat  ya 106  faiz icra edilib.

Biləsuvarda sahibkarlığın inkişafı üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən birinci rübdə 16 sahibkarlıq subyektinə 207 min  manat kredit verilib. Görülmüş işlər nəticəsində 328 yeni yerləri açılıb.

2014- ilin birinci rübündə rayonda   tikinti,  abadlıq quruculuq  sahəsində  xeyli  işlər  görülüb, bir sıra mühüm obyektlərin qısa müddətdə yüksək keyfiyyətlə inşa edilməsi  şəhərin simasını əsaslı şəkildə dəyişərək ona xüsusi gözəllik verib. 

Hesabat dövründə 1176 şagirdlik Ağalıkənd kənd tam orta məktəbi əsaslı təmiri   220 şagirdlik Amankənd tam orta məktəbinin yeni binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Hazırda uzunluğu 16,0 km olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad uzunluğu 6,0 km olan Əsgərabad-Muğan avtomobil yollarının, 450 şagird yerlik Aşağı Cürəli kənd tam orta, 640 şagird yerlik Xırmandalı kənd tam orta məktəbləri üçün yeni binaların, şəhərin "Təyyarə meydanı" adlanan yeni yaşayış massivində uşaq bağçasının tikintisi, rayon Toxumçuluq idarəsinin inzibati binasının, şəhərin Heydər Əliyev küçəsinin xəstəxana istiqamətində olan hissəsinin, Səmədabad kəndində Heydər Əliyev parkının tikinti işləri, Mərkəzi rayon Xəstəxanasının əsaslı təmiri  davam etdirilir.

Əhalinin təbii qazla təmin edilməsi istiqamətində son illər nəzərəçarpacaq işlər görülüb.  Təkcə  2013- il ərzində rayonun   4 kəndi  təbii  qazla   təmin   olunmaqla ümumilikdə rayon üzrə   1 şəhər     18  kənd qazlaşdırılıb. Hazırda  şəhərin yeni salınmış yaşayış məntəqələrində küçə qaz xətlərinin çəkilişi işləri aparılır. 2014- ildə rayonda qazlaşma işi tam başa çatdırılacaq. Biləsuvar  şəhərinin içməli su  sisteminin  yenidən  qurulması istiqamətində işlər  başa çatdırılıb. Hazırda abonentlərə suyun verilməsi işləri görülür. Kanalizasiya    sisteminin   tikintisi  işləri isə davam etdirilir.

Mərkəzi ATS- yeni Elektron ATS-in quraşdırılması işi tam başa çatdırılıb, eyni zamanda bütün kəndlərdə ATS-lər elektronlaşdırılıb.

Son illər rayonda kənd təsərrüfatının inkişafında yeni texnologiyanın  yaradılmasına üstünlük verilir. Bu sahədə Xırmandalı ərazisində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istixananın Bəydili kəndi ərazisində  soyuducu anbarlarının tikintilərini göstərmək olar.

Bakı  əhalisini  ucuz  keyfiyyətli kənd  təsərrüfatı  məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan  yarmarkalara 2014- ilin birinci rübündə  250 tondan  çox   müxtəlif  növ kənd  təsərrüfatı  məhsulları göndərilib. 

Ölkə Prezidenti cənab İlham Əliyevin təhsil  sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə,  təhsil ocaqlarının müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı diqqətin nəticəsidir ki, son illər rayonda 9 yeni  məktəb binası tikilib, 5  məktəb yüksək səviyyədə əsaslı təmir olunub.

Ötən dərs ilində rayon ümumtəhsil məktəblərini  928 şagird bitirib,  onlardan 178 nəfəri  ali məktəblərə, 89 nəfəri isə respublikamızın orta ixtisas məktəblərinə qəbul olunublar. Məzunlardan 6 nəfəri 600-dən, 32 nəfəri isə 500-dən çox bal toplayıb.

     Dövlət siyasətinin əsas  istiqamətlərindən olan əhalinin sağlamlığının təmin olunması, onlara  yüksək tibbi xidmət göstərilməsi istiqamətində görülən işlər Biləsuvar rayonundan da yan ötməyib.

 "Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Prezidentimizin sərəncamı ilə   Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması əsaslı təmiri  işlərinə başlanılıb. Hazırda  işlər sürətlə davam etdirilir 2014- ildə xəstəxana istifadəyə veriləcək.

Son illərdə rayonun 6 kəndində müasir tələblərə cavab  verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi  tibbi  xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub.

Rayonda  əhalinin  asudə vaxtlarının səmərəli təşkilində mədəni-maarif müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. Mədəniyyət evləri, klub kitabxanalar  əhaliyə xidmət mədəniyyətini yüksəltməyə çalışırlar.

Gənclərə  qayğı  ölkə Prezidenti cənab İlham  Əliyevin ən çox diqqət yetirdiyi məsələlərindəndir.  Rayonda əhalinin təxminən üçdə bir hissəsini təşkil edən gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunub.

Gənclərin ideya-siyasi,  hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi sahəsində müntəzəm olaraq keçirilən məqsədyönlü tədbirlər müsbət nəticələr verir. Onlar ölkə Prezidenti ətrafında daim sıx birlik nümayiş etdirirlər. 2014- ilin birinci rübündə biləsuvarlı gənclər  bir sıra respublika rayon əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bir daha təsdiq etdilər ki, bu gün savadlı, intellektual səviyyəli, vətənpərvər gənclər yetişir.

Hesabat dövründə Biləsuvarın gənc idmançıları müxtəlif respublika zona  turnirlərində uğurlu çıxışlar ediblər. Müasir Olimpiya  İdman Kompleksindən, 3000 yerlik stadiondan, 150 sadə idman qurğusundan səmərəli istifadə edən idmançılar öz nailiyyətlərini ilbəil möhkəmləndirirlər. Hazırda rayonda 5500 nəfərdən çox gənc idmanın müxtəlif növləri ilə müntəzəm məşğul olur.

Artıq Biləsuvarda yeni qəbul edilmiş "Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılıb. Təbii ki, rayonda bəzi yarımçıq qalan işlər davam etdiriləcək, yeni sosial infrastruktur iqtisadi məsələlər öz həllini tapacaq. Bu isə o deməkdir ki, yeni tikililər, mədəni quruculuq abadlıq işləri hesabına rayonun siması daha da dəyişəcək Biləsuvar cənub regionun yaşıl gözəl şəhərlərindən birinə çevriləcək.

 Bəxtiyar HÜSEYNOV

 





20.05.2014    çap et  çap et