525.Az

Azərbaycan Prezidenti və İtaliya hökumətinin başçısı Ukraynadakı vəziyyəti müzakirə ediblər


 

Azərbaycan Prezidenti və İtaliya hökumətinin başçısı Ukraynadakı vəziyyəti müzakirə ediblər<b style="color:red"></b>

İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə edib.

525.az xəbər verir ki, bu barədə müzakirə M.Draqinin martın 8-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı baş tutub.

Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 





08.03.2022    çap et  çap et