Böyük Britaniya 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını qadağan edəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Boris Conson bildirib.
"Ukraynaya hücumdan sonra Putin rejiminə daha bir iqtisadi zərbə olaraq, Böyük Britaniya ciddi beynəlxalq iqtisadi sanksiyalar paketinə əsaslanaraq, bu il ərzində Rusiya neftindən asılılıqdan çıxacaq”, - deyə Conson bəyanatında bildirib.
O, əlavə edib ki, bu qadağa Böyük Britaniya iqtisadiyyatına təsir etməyəcək şəkildə tətbiq ediləcək.
çap et