525.Az

Putin bəzi məhsulların xaricə çıxarılmasını qadağan edən fərman imzalayıb


 

Putin bəzi məhsulların xaricə çıxarılmasını qadağan edən fərman imzalayıb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin xarici iqtisadi fəaliyyət sahəsində ölkənin təhlükəsizliyini təmin etmək üçün xüsusi iqtisadi tədbirlərin görülməsi haqqında fərman imzalayıb.

525.az APA-ya istinadən xəbər verir ki, fərmanda hökumətin tərtib edəcəyi məhsulların dekabrın 31-ə qədər Rusiya xaricinə çıxarılmasının qadağan olunması əksini tapıb.

Rusiya Prezidenti hökümətə iki gün ərzində ölkə xaricinə çıxarılması qadağan olunan məhsul və xammaların siyahısını hazırlamağı tapşırıb.

 





08.03.2022    çap et  çap et