525.Az

“Geri qaytarılan ərazilərin böyük potensialı var”


 

“Geri qaytarılan ərazilərin böyük potensialı var”<b style="color:red"></b>

“Böyük Britaniya Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və bərpa olunan enerjiyə keçidini dəstəkləyir”.

525.az-ın xəbərinə görə, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "Twitter"də bildirib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi deyib ki, bu gün Azərbaycan Prezidenti ilə görüşüb.

“Geri qaytarılan ərazilərin böyük potensialı var. Yaxşı ki, Böyük Britaniya şirkətləri artıq bu ərazilərdə yenidənqurma ilə məşğuldur, biz daha çoxunu görməyə ümid edirik”, - o qeyd edib.

 





09.03.2022    çap et  çap et