525.Az

I siniflərə şagird qəbulunun vaxtı dəyişdirilib


 

I siniflərə şagird qəbulunun vaxtı dəyişdirilib<b style="color:red"></b>

2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

525.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, Ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqvimində daha əvvəl I siniflərə şagird qəbulunun aprelin 1-dən sentyabrın 14-nə qədər aparılacağı qeyd edilmişdi.

 





09.03.2022    çap et  çap et