525.Az

Tahir Budaqov Antalya Diplomatiya Forumunda iştirak edəcək


 

Tahir Budaqov Antalya Diplomatiya Forumunda iştirak edəcək<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov martın 11-13-də Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdə olacaq.

YAP mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, T.Budaqov Forum çərçivəsində “Parlament diplomatiyası” mövzusunda keçiriləcək dəyirmi masada da iştirak edəcək.

Səfər zamanı Tahir Budaqovun Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Binəli Yıldırımla görüşü də nəzərdə tutulub.

 





09.03.2022    çap et  çap et