525.Az

Ermənistanın Qarabağda guya gərginliyin olması barədə xəbərləri təxribatdır


 

Ermənistanın Qarabağda guya gərginliyin olması barədə xəbərləri təxribatdır<b style="color:red"></b>

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində guya gərginliyin yaranması barədə Ermənistan sosial şəbəkələrində yayılan xəbərlərin heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, hazırda bütün istiqamətlərdə vəziyyət sabitdir və Azərbaycan Ordusu bölmələrinin nəzarətindədir", - nazirlikdən əlavə ediblər.

 





10.03.2022    çap et  çap et