ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-cı ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.
Azərbaycanın Los Ancelesdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilir.
Qubernator qeyd edib ki, Respublika Günü Kaliforniyadakı Azərbaycan icması üçün böyük önəm daşıyır. O, belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirir, Kaliforniya ştatı adından Azərbaycan xalqını və bütün azərbaycanlıları təbrik edir.
Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatoru
çap et