525.Az

10 Mart Milli Teatr Günüdür - Video


 

10 Mart Milli Teatr Günüdür -<b style="color:red"> Video</b>

Ölkəmizin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycanda teatr günü kimi qeyd edilir. Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə “Milli Teatr Günü”nün təsis edilməsi incəsənət xadimləri eləcə də teatrsevərlər üçün əlamətdar hadisəyə çevrildi.

525.az xəbər verir ki. Azərbaycanda milli teatrın əsası 1873-cü ilin məhz bu günündə M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyasının səhnələşdirilməsi ilə qoyulub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli teatrın fəaliyyətində canlanma yaranır. Sovet hakimiyyəti illərində də ölkəmizdə teatr sənəti inkişafını davam etdirib. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması istiqamətində mühüm addımlar atılıb. Mövzu ilə bağlı daha ətraflı məlumatı “525-ci kanal” təqdim edir:

 

 

 





10.03.2022    çap et  çap et