525.Az
“Bakı Metropoliteni”dən xəbərdarlıq
Bu gün Bakıda Binəqədi rayonunda, 7-ci mikrorayon ərazisində “Bakı Metropoliteni” QSC-nin III növbəsinin şimal sahəsinə daxil olan “Dərnəgül” elektrik deposunun tikintisi üçün mikrorayonun Xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsində məskunlaşmış məcburi köçkünlərə evlərini tərk etmək üçün sonuncu dəfə xəbərdarlıq edilib.
"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, bu ərazidə deponun tikilməsi üçün 1986-cı ildən torpaq ayrılsa da, ərazi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən tutulub.
“Siyahıya alınma zamanı məlum olub ki, 83-ü məcburi köçkün ailəsinə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan sakinlərə kompensasiya ödənilərək ərazilərdən köçürülməsinə nail olunub. Məcburi köçkün ailələri mənzillə təmin olunub, amma 6 ailə ərazini boşaltmaqdan imtina edib”, - deyə N. Paşayev bildirib.
21.05.2014
çap et