525.Az

İsrail Azərbaycana bir tondan çox tibbi ləvazimat göndərib


 

İsrail Azərbaycana bir tondan çox tibbi ləvazimat göndərib<b style="color:red"></b>

İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb.

525.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik öz tviter səhifəsində yazıb.

“Azərbaycanın müxtəlif bölgələrində yerləşən xəstəxanalara 1 tondan çox tibbi ləvazimat bağışladıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik”, - diplomat bildirib.

Səfir vurğulayıb ki, İsrail öz dostları ilə əməkdaşlığa önəm verir: “ Çünki biz dostuq və bir-birimizin qayğısına qalırıq. Bu gün mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində biz Azərbaycana 1 tondan çox tibbi avadanlıq bağışlayırıq. Bu, sizə, dostlarımıza, Azərbaycan xalqına xidmət etmək üçün ölkədəki xəstəxanalara paylanılacaq. Sizə və ailənizə hər zaman sağlam olmağı arzu edirik”.

 





11.03.2022    çap et  çap et