Sənaye müəssisələri və bu sahədə Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında 13,1 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,4%, qeyri neft-qaz sektorunda isə 20,85 artıb. Sənaye məhsulunun 72,9%-i mədənçıxarma sektorunda, 22,4%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,45 azalıb, əmtəəlik qaz hasilatı isə 17,8% artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,8% artıb.
çap et