525.Az

Sabahdan külək mülayimləşəcək


 

Sabahdan külək mülayimləşəcək<b style="color:red"></b>

Mayın 21-dən 22-nə keçən gecə və səhər Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, mayın 22-də gündüz dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən xəbərə görə, şimal küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 14-17 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında da şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

 





21.05.2014    çap et  çap et