525.Az

“Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək”


 

“Antalya Diplomatiya Forumunda Cənubi Qafqazdakı vəziyyət də müzakirə ediləcək”<b style="color:red"></b>

Antalya Diplomatiya Forumuna sülh və sabitlik naminə qatılmışıq.

525.az xəbər verir ki, bu barədə Forumun açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, dünya yeni xaosla qarşı-qarşıyadır.

“Avropa sabitlik axtarışındadır. Müharibələrin qarşısı alınmır, müharibələr bitmək bilmir. Dünyada bərabərsizlik daha da dərinləşir. Əməkdaşlığa ehtiyac var”, - nazir vurğulayıb.

Nazir qeyd edib ki, forum çərçivəsində Cənubi Qafqazdakı vəziyyətlə bərabər digər regional məsələlər müzakirə ediləcək.

 





11.03.2022    çap et  çap et