“Azərbaycan Respublikası və İran İslam Respublikası arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu və Naxçıvan arasında yeni kommunikasiyaların yaradılması barədə Memoranduma əsasən, 3 ay ərzində yaradılmış İşçi Qrupu dəmiryol xətti ilə bağlı da təkliflərini təqdim edəcək”.
APA xəbər ki, bunu Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
Ş.Mustafayev deyib ki, bu anlaşma bölgədə yerləşən digər ölkələrə də böyük faydalar gətirəcək: “Artıq müvafiq tapşırıqlar verilib. Azərbaycanın azad olunmuş ərazilərində də İran şirkətlərinin fəaliyyəti dəstəklənir. Elektrik enerjisinin istehsalına İran şirkətləri cəlb olunacaq”.
çap et