Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə 525.az-a FHN-dən bildirilib.
Əlavə məlumat veriləcək.
X X X
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
525.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
çap et