525.Az

Afaq Məsud: "Biz artıq genişlənmiş fəaliyyətimizə bir vaxtlar başladığımız yolun davamı kimi baxırıq"


 

Afaq Məsud: "Biz artıq genişlənmiş fəaliyyətimizə bir vaxtlar başladığımız yolun davamı kimi baxırıq"<b style="color:red"></b>

"YENİ MƏRKƏZ TƏRCÜMƏ SAHƏSİNDƏKİ QEYRİ-PEŞƏKARLIĞIN ARADAN QALDIRILMASI İSTİQAMƏTİNDƏ ZƏRURİ ADDIMLAR ATACAQ" 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 16-da Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin Mərkəzin Strukturunun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Dövlət başçısının Sərəncamı ilə Mərkəzin direktoru təyin edilən Afaq Məsud AzərTAc-a müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik.

- Afaq xanım, dövlətimizin başçısının Tərcümə Mərkəzi il bağlı son Fərmanını necə qarşıladınız?

- Ölkə üzrə dil tərcümə işlərini tənzimləyəcək bu qurumun yaradılması dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 21 may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulan əhəmiyyətli bəndlərdən biridir. Belə irimiqyaslı, ölkə dövlət əhəmiyyətli işin bizim Tərcümə Mərkəzinə həvalə edilməsini dövlətimizin bizə göstərdiyi böyük etimad kimi qiymətləndiririk. Bu etimadı doğrultmaqdan ötrü bütün qüvvəmizi səfərbər edəcəyik.

- Fərman demək olar ki, tərcümənin bütün sahələrini əhatə edir. Bu miqyasda işin öhdəsindən gəlmək üçün kimi tədbirlər görməyi planlaşdırırsınız?

- Düşünürəm, ilkin mərhələdə tərcümə sahəsindəki qeyri-peşəkarlığın aradan qaldırılması istiqamətində zəruri addımlar atılacaq. Bu, ilk növbədə, "Tərcümə Mərkəzi" adı altında fəaliyyət göstərən özfəaliyyət səviyyəli, kiçik qurumların işinin nəzarətə alınması, elm, təhsil, mədəniyyət, hüquq, neft siyasəti, hətta, dövlətlərarası rəsmi yazışmalar müstəvisinə ayaq açmış qüsurlu tərcümələrin qarşısının alınması olacaq. Hazırda nəzərdə tutduğumuz bu işin həyata keçirilməsi üçün işlək mexanizmlərin yaradılması, buna uyğun müvafiq qaydaların hazırlanması ilə məşğuluq. Bununla paralel şəkildə ölkədaxili tərcümə işlərinin nizamlanmasına dair tədbirlər planı üzərində işləyirik. Bu, ilk növbədə, dövlət qurumlarının, idarə təşkilatların fəaliyyətinə dair elektron məlumat bazasının yaradılması, onların fəaliyyət dövriyyələrinə uyğun tərcümə işlərinin, mətn materialların keyfiyyət baxımından tənzimlənməsinə dair saziş müqavilələrin bağlanmasıdır. Bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək.

Növbəti mərhələlərdə tərcümənin spesefik sahələri üzrə - bədii, elmi, texniki, neft siyasəti, rəsmi, hüquqi sair sahələr üzrə mütəxəssislərin yetişdirilməsi, tərcümənin spesifik sahələri üzrə xüsusi kursların yaradılması nəzərdə tutulur. Həmçinin ədəbiyyatımızı, mədəniyyətimizi, elmimizi, eləcə digər sahələrdə qazandığımız uğurları dünya müstəvisində təbliğ edəcək yerli qurumların yaradılması nəzərdə tutulur. Digər daha geniş əhatəli layihələrimiz vardır ki, onlar mərhələli şəkildə həyata keçiriləcək.

- Heç kimə sirr deyil ki, tərcümə bizim ən axsıyan sahələrimizdən olub. Bunun səbəbləri barədə düşünürsüz?

- Bilirsiniz ki, yaxın iyirmi il ərzində, yəni müstəqillik dönəminə qədər Azərbaycan dünyaya yalnız Rusiya vasitəsi ilə çıxa bilirdi. Ədəbiyyatımız, mədəniyyətimiz, elmimiz dünya ilə əsasən bu dil vasitəsilə əlaqələr yaradırdı. Bu gün isə ölkəmiz beynəlxalq aləmlə müxtəlif səviyyəli səpkili münasibətlər quran, birlikləri yaradan aparıcı dövlətlər sırasındadır. Bu mənada, hər sahədə liderlik qazanmış Azərbaycanı bütün bu proseslərdə layiqincə təmsil edən, beynəlxalq müstəvidə qurduğu münasibətləri, anlaşma yazışmaları, elmi, ədəbi-mədəni mübadilələri müvafiq səviyyədə tənzimləyən mükəmməl tərcüməyə ehtiyac var idi. Dövlətimizin başçısı İlham Əliyevin ölkənin tərcümə sahəsinin təkmilləşdirilməsinə dair imzaladığı son Fərman bu sahənin Avropa standartlarına uyğun şəkildə, ən müasir işlək mexanizmlər üzərində qurulmasına geniş imkanlar yaradır. Odur ki, dünyanın aparıcı dilləri üzrə peşəkar tərcüməçi kadrların hazırlanması da Mərkəzin ümdə vəzifələri sırasındadır.

- Tərcümə sahəsində yaşanan digər acınacaqlı hal ayrı-ayrı sahələr üzrə tərcüməçi kadrların azlığı, çox hallarda yoxluğudur. Bu qədər sahəni əhatə edə biləcək tərcümə mütəxəssislərini işə cəlb edə biləcəksinizmi?

- Bu, tərcümə sahəsinin ən ağrılı tərəfidir. Bizdə tərcümə, cümlənin, fikrin, informasiyanın, sadəcə bir dildən o biri dilə çevrilməsi kimi anlaşılır bu səbəbdən hansısa əcnəbi dilə yiyələnmiş tərcüməçi, özünü istənilən sahədə, istənilən mətnin tərcüməsində peşəkar yararlı hesab edir. Lakin bu, heç belə deyil. Tərcümə - spesifik sahələr üzrə müəyyən bilik, məlumat, dil, terminoloji baza olmaqla yanaşı, həm ədəbi istedad tələb edən, mürəkkəb, mürəkkəb olduğu qədər məsul bir sahədir. Texniki, yaxud, hüquqi, kənd təsərrüfatı, tibb sahəsi üzrə, hətta püxtələşmiş mütəxəssisin, bədii ədəbiyyatı, şeiri, yaxud, pyesi tərcümə etməsi mümkündürmü?Yaxud, əksinə. Lakin əfsuslar olsun ki, bu sayaq hallar bu gün bütün sahələrdə baş verməkdə, bəzi hallarda, özünü beynəlxalq səviyyəli, rəsmi yazışmalarda göstərməkdə, ölkəmizin imicinə xələl gətirən anlaşmazlıqlar törətməkdədir. Bu sahədə ciddi islahatların aparılması, sahələr üzrə terminoloji lüğətlərin, tərcümə nəzəriyyəsinə dair ədəbiyyatların hazırlanması, xüsusi kursların yaradılması, tərcümə olunmuş materialların mütəxəssis rəyləri üzrə təsdiqlənməsi nəzərdə tutulan işlər sırasındadır.

- Rəhbərlik etdiyiniz Respublika Tərcümə Ədəbi Əlaqələr Mərkəzi bu vaxta qədər yalnız bədii tərcümə ilə məşğul olurdu. Dövlətimizin başçısının bu Fərmanından sonra bədii tərcümə qarşıda gözlənilən bu irimiqyaslı işlərin axarında arxa plana keçməyəcək ki?

- Əslində, bütün növ tərcümələrin istedad göstəricisi uğuru onun ədəbi dilə qədər sadiq olmağındadır. "Sadiq" deyəndə, təbii ki, mən dilin norma qaydalarını nəzərdə tuturam. Bu mənada biz artıq genişlənmiş fəaliyyətimizə bir vaxtlar başladığımız yolun davamı kimi baxırıq. Bu baxımdan, ədəbiyyat Mərkəzin ən müqəddəs amalı olaraq qalacaqdır. Bu, şəksizdir.

 





21.05.2014    çap et  çap et