525.Az

Azərbaycan -Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə edilib


 

Azərbaycan -Türkiyə enerji əməkdaşlığının inkişafı müzakirə edilib<b style="color:red"></b>

Antalya Diplomatiya Forumu (ADF) çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar ilə görüşüb. 

Energetika nazirliyindən 525.az-a verilən məlumata görə, görüşdə uzunillik Azərbaycan-Türkiyə enerji əməkdaşlığının hər iki ölkə üçün faydalarından məmnunluq ifadə edilib. TANAP layihəsinin Türkiyənin təbii qaz tələbatının ödənilməsinə töhfələri qeyd edilib.

İğdır-Naxçıvan qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı nəzərdən keçirilib. Təbii qaz və elektrik enerjisi üzrə əməkdaşlığın inkişafı üçün imkanlar ətrafında fikir mübadiləsi aparılıb.
 

 





12.03.2022    çap et  çap et