525.Az

Prokuror Anar Məmmədliyə 9 il iş istədi


 

Prokuror Anar Məmmədliyə 9 il iş istədi<b style="color:red"></b> Həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti məhkəmə iclasında dövlət ittihamçısı A. Məmmədli və digərlərinə iş istəyib.

A.Məmmədlinin vəkili Fariz Namazlının dediyinə görə, Anar Məmmədliyə rəhbər vəzifələrdə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il, Bəşir Süleymanlıya 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay, Elnur Məmmədova 2 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay azadlıqdan məhrum edilməsini irəli sürüb.
 





21.05.2014    çap et  çap et