525.Az

Polis İsmayıllıda reyd keçirdi


 

Polis İsmayıllıda reyd keçirdi<b style="color:red"></b>

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı dayanma-durma qaydalarını pozan 23 sürücü barəsində inzibati protokol tərtib olunub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 525.az-a verilən məlumata görə, şəhər ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, dayanma-durmanın qadağan edildiyi yollarda nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb.
 
Onlarla profilaktik söhbətlər aparıldıqdan sonra barələrində inizbati tənbeh tədbirləri görülüb.

 





13.03.2022    çap et  çap et