525.Az

Teleserial çəkilişi üçün televiziyaların hər birinə daha 200 min manat ayrılıb


 

Teleserial çəkilişi üçün televiziyaların hər birinə daha 200 min manat ayrılıb<b style="color:red"></b>

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb.
 
Milli Televiziya və Radio Şurasının qərarına əsasən, milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz) min manat məbləğində maliyyə yardımı ayrılması barədə qərar qəbul edilib.

 





21.05.2014    çap et  çap et