525.Az

“Aqrolizinq” ASC-nin sədri işdən çıxarılıb


 

“Aqrolizinq” ASC-nin sədri işdən çıxarılıb<b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyi “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov vəzifədən azad olunub.

Bunu “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib.

Onun sözlərinə görə, Ə.Bayramov bu gün istefa ərizəsini kənd təsərrüfatı naziri Heydər Əsədova təqdim edib.

M.Hacıyev deyib ki, hələlik “Aqrolizinq” ASC-nin sədri vəzifəsində təyinat olmayıb. Yaxın vaxtlarda yeni sədrin kimliyi məlum olacaq.

 

 





21.05.2014    çap et  çap et