525.Az

Fərman Kərimzadənin hekayəsi İordaniya ədəbiyyat jurnalında


 

Fərman Kərimzadənin hekayəsi İordaniya ədəbiyyat jurnalında<b style="color:red"></b>

İordaniya Krallığı Mədəniyyət Nazirliyinin “Əfkar” ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Fərman Kərimzadənin “Bir ürək yanmalıdır” hekayəsini dərc edib.

525.az xəbər verir ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin ərəb dilinə tərcümə müəllifi – tanınmış Misir tərcüməçisi Əhməd Sami Elaydidir.

Qeyd edək ki, 1966-cı ildən nəşr olunan jurnal mütəmadi olaraq sahifələrində Aleksandr Düma, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes, Mario Varqas Lyosa kimi dünya şöhrətli yazıçıların yaradıcılığını işıqlandırır.

 





14.03.2022    çap et  çap et