525.Az

Bəzi rayonlara qar yağıb - Faktiki hava


 

Bəzi rayonlara qar yağıb - <b style="color:red">Faktiki hava</b>


Martın 15-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Bu barədə 525.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Düşən yağıntının miqdarı Lerikdə 26.0 mm, Astarada 12.0 mm, Şəki, Oğuzda 6.0 mm, Ağstafada 5.0 mm, Yardımlı, Tovuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 4.0 mm, Ağdam, Balakən, Zərdab, Beyləqanda 3.0 mm, Qəbələ, Zaqatala, Şamaxı, Altıağac, Xaltan, Sabirabad, Neftçala, Cəfərxan, Bərdə, Göyçayda 2.0 mm, Şərur, Ağdərə (Ordubad), Sədərək, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Gəncə, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Ağsu, Şabran, Şahdağda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Binədə 2.0 mm, Bakı, Maştağa, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 65 sm, Şahdağda 44 sm, Altıağacda 29 sm, Xaltanda 23 sm, Daşkəsəndə 20 sm, Şəkidə 10 sm, Lerikdə 9 sm,Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 5 sm, Sədərəkdə 1 sm olub.

 





15.03.2022    çap et  çap et