525.Az

Ruhi xəstəxanada müalicə olunan xəstə 2-ci mərtəbədən aşağı düşüb


 

Ruhi xəstəxanada müalicə olunan xəstə 2-ci mərtəbədən aşağı düşüb<b style="color:red"></b> Bakıda şəhərindəki ruhi xəstəxanada bədbəxt hadisə baş verib.

Nəsimi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə 2 saylı Kliniki Psixiatriya Xəstəxanasında qeydə alınıb. Orada müalicə alan 1981-ci il təvəllüdlü Xatəm Məhəmməd oğlu Xalıqov xəstəxananın 2-ci mərtəbəsindən yıxılıb. Yaralı ağır vəziyyətdə Travmatologiya Xəstəxanasına yerləşdirilib. 
 
Hadisənin intihara cəhd olub-olmadığı araşdırılır.
 





22.05.2014    çap et  çap et