525.Az

Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin edib


 

Vilayət Eyvazov polis şöbəsinin rəisini yüksək vəzifəyə təyin edib<b style="color:red"></b>

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev yüksək vəzifəyə təyin olunub.

525.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Z.Əliyev rəis vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin rəis müavini təyin edilib.

Qeyd edək ki, Z.Əliyev 2018-ci ildən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində çalışırdı.

Xatırladaq ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində Fəxrin Bektaşi təyin olunub.

 

 





16.03.2022    çap et  çap et