525.Az

Lahordan Bakıya ilk reys həyata keçirilib


 

Lahordan Bakıya ilk reys həyata keçirilib<b style="color:red"></b>

“Pakistan International Airlines”aviaşirkətinə məxsus ilk təyyarə Bakıya uçuş həyata keçirib.

525.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı Səfirliyindən məlumat verilib. Bildirilir ki, Lahor-Bakı istiqamətində uçuş həyata keçirən təyyarə Bakı vaxtı ilə saat 13.30-da Heydər Əliyev Hava Limanına enib.

Qeyd edək ki, “Pakistan International Airlines” bu həftədən Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlara başlayır. Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

 





16.03.2022    çap et  çap et