525.Az

Azərbaycan fevralda gündəlik 566 min barel xam neft hasil edib


 

Azərbaycan fevralda gündəlik 566 min barel xam neft hasil edib<b style="color:red"></b>

2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barrel olub. Bunun 566,3 min barrelini xam neft, 117,8 min barrelini isə kondensat təşkil edib.

Bu barədə 525.az-a Energetika Nazirliyindən bildirlib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olması nəzərdə tutulurdu.

 





16.03.2022    çap et  çap et