525.Az

Polislər ağır qəzaya düşüb


 

Polislər ağır qəzaya düşüb<b style="color:red"></b> Mayın 21-i axşam saatlarında Kürdəmir rayonunda ağır qəzaya düşən polislərin şəxsiyyəti məlum olub.

Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistralını rayon mərkəzi ilə birləşdirən yolda, un dəyirmanının yaxınlığında Post-Patrul Xidmətinə məxsus olan "Fiat Dablo"nun aşaraq yanması nəticəsində sürücü, polis serjantı Ceyhun Səmədov və digər serjant İlqar Abdulxalıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinin yaxınlığından keçənlər onları yanan avtomobilin içindən çıxararaq xilas ediblər. Bundan sonra isə post-patrul avtomobili tamamailə yanaraq kül olub.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
 
 





22.05.2014    çap et  çap et