525.Az

Qubada 23 yaşlı oğlan bıçaqlanıb


 

Qubada 23 yaşlı oğlan bıçaqlanıb<b style="color:red"></b> Quba rayonunda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, bıçaqlanan şəxs Quba rayonunun Barlı kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Famil Əhliman oğludur.
 
Xaçmaz rayon Xəstəxanasına yerləşdirilən F.Məmmədova döş qəfəsəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
F. Məmmədov qaynının oğlu tərəfindən bıçaqlandığını bildirib.
 
Faktla bağlı Quba RPŞ-də araşdırmalar davam etdirilir.
 





22.05.2014    çap et  çap et