2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8,292 mlrd. ABŞ dolları və ya ÜDM-in 15,2%-ni təşkil edib.
525.az-ın Mərkəzi Bankın məlumatlarına istinadən verdiyi məlumata görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilə nəzərən 2,8 dəfə artaraq 14 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 7,7% artaraq 5,7 mlrd. dollar məbləğində olub.
Cari əməliyyatlar balansında 8,3 mlrd. dollarlıq profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5,1 mlrd. dollar kəsir yaranmış, ehtiyat aktivləri 3,1 mlrd. dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar olub, qeyri-neft ixracı isə 44% artaraq 2,6 mlrd. dollar səviyyəsində formalaşıb.
çap et