525.Az

FHN yoxlama tədbirləri keçirib - Foto


 

FHN yoxlama tədbirləri keçirib - <b style="color:red">Foto</b>

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin qurumları və regional mərkəzlərində növbəti yoxlama tədbirləri həyata keçirilib.

Bu barədə 525.az-a FHN-dən bildirilib.

Xəbərə görə, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə, Nazirliyin bir sıra qurum və regional mərkəzlərinin fəaliyyətinin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, xidmətin təşkili, şəxsi heyətin nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin komandir və peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, şəxsi heyətin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, keçirilən dərslərin keyfiyyətlə aparılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji sahəsində görülmüş işlər, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr yoxlanılıb.

Yoxlama zamanı əməli köməklik göstərilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

 





17.03.2022    çap et  çap et