525.Az

Sumqayıtda mağaza və dönərxada yanğın olub


 

Sumqayıtda mağaza və dönərxada yanğın olub<b style="color:red"></b>

Sumqayıtda mağaza və dönərxanada yanğın olub.

Bu barədə 525.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 61 m² olan bir dam altında tikilən obyektlərdən sahəsi 42 m² olan geyim mağazasının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan sahəsi 19 m² olan dönərxananın lambirindən ibarət tavanı əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





17.03.2022    çap et  çap et