525.Az

Qəhrəmanlar unudulmur


 

Qəhrəmanlar unudulmur<b style="color:red"></b>

22 may Azərbaycanın Milli Qəhrəmanı Mərifət Nəsibovun doğum günüdür. Mərifət Əhməd oğlu Nəsibov 1972-ci il mayın 22-də Qazax rayonu Məzəm kəndində anadan olub. O, 1990-cı ildə könüllü olaraq Milli Orduya yazılıb, işğalçı Ermənistanla sərhəd kəndlərin müdafiəsində fədakarlıqla vuruşub. 1992-ci il yanvarın 28-də Qazax rayonu Quşçu Ayrım kəndinin müdafiəsində qəhrəmancasına həlak olub.

Qazax rayonu Məzəm kəndində dəfn edilib, rayon mərkəzində adına bulaq tikilib.

    23 may Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum günüdür. Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonu Böyükdüz kəndində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. 1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri  və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

 





22.05.2014    çap et  çap et