525.Az

Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb


 

Prezident İlham Əliyev Güləş Federasiyasına 1 milyon manat ayırıb<b style="color:red"></b>

Prezident İlham Əliyev Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

525.az xəbər verir ki, Sərəncama əsasən, 23 yaşadək güləşçilərin Avropa çempionatında yüksək nəticə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Güləş Federasiyasına 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 





18.03.2022    çap et  çap et