525.Az

Azərbaycanın təşəbbüsü ilə QH liderləri BMT Baş katibinə müraciət edəcək


 

Azərbaycanın təşəbbüsü ilə QH liderləri BMT Baş katibinə müraciət edəcək<b style="color:red"></b>

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, qarşıdakı aylarda təşkilatın pandemiya ilə mübarizə qrupunun iclasını çağırmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda deyib.

Nazirin sözlərinə görə, həmin iclasda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin liderlərinin BMT Baş katibinə müraciət etməsi gözlənilir.

XİN başçısı qeyd edib ki, Baş katibə müraciətdə BMT-də pandemiyadan sonra qlobal bərpa ilə bağlı panelin keçirilməsi məsələsi öz əksini tapacaq.

 





18.03.2022    çap et  çap et