525.Az

Mirzə Saleh Axundovun "Yeni türk dili sözlüyü"


 

Mirzə Saleh Axundovun "Yeni türk dili sözlüyü"<b style="color:red"></b>

Qarabağın giriş qapısı  sayılan Ağdam  Azərbaycana saysız-hesabsız şəxsiyyətlər bəxş edib.  Bu şəxsiyyətlər içərisində din xadimlərinin öz yeri  çəkisi vardır. Qeyd edək ki, onlar din xadimi kimi yetişsələr , bir neçə dilə sahiblənmiş mükəmməl biliyə malik olmuşlar. Təəssüf ki, bu şəxsiyyətlərin böyük bir qismi haqqında bu gün hər hansı bilgimiz yoxdur. Olan məlumatlar isə çox səhih bəzən yazılanlar faktlara söykənmir...

Belə şəxsiyyətlərdən biri Mirzə Saleh Axundovdur. Bir məqamı qeyd edək ki, Quzanlı kəndindən  Molla Mehdi Həsənov, Molla Məmmədalı   Mirzə Saleh Axundov  kimi hərtərəfli biliyə malik şəxsiyyətlər çıxmışdır. Onlar bir-biriylə qohum olmaqla yanaşı, savad intellektual səviyyə baxımından çox fərqli insanlar olmuşlar.

Quzanlı rəiyyət (sərbəst kəndli) kəndi olduğundan kənd sakinlərinin  Təbriz kimi siyasi, dini iqtisadi mərkəzdə təhsil almaları heç asan başa gəlməmişdır. Həmin illərdə formalaşan fikrə əsasən  kəndin ətrafında məskunlaşan bəylərin ayırdığı maliyyə vəsaitiylə təhsil alan hər üç şəxs öz vətəninin layiqli övladı kimi yetişmişlər.

Mirzə Saleh Axundov 1871-ci ildə  Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. İlk təhsilini atası molla Məmmədalından alan Saleh, sonradan ailənin yaxın dostu hesab edilən Hindarxlı Molla Hüseynin məktəbində təhsilini davam etdirmişdir. Qeyd edək ki, atası molla Məmmədalı dövrünün savadlı din xadimi kimi ətraf yaşayış məntəqələrində geniş nüfuza malik idi. Yaxın dostu Molla Mehdi ilə birlikdə  təhsilini Təbriz Ali Dini məktəbdə almışdır. Molla Mehdi Şuşa Seminariyasına müəllim təyin edildikdən sonra məhz onun zəmanətiylə bacısının əri  Molla Məmmədalı Quzanlı ətraf kəndlərin axundu vəzifəsinə təyin edilir.

Təbriz Ali Dini məktəbdə təhsil alan Mirzə Saleh haqqında müəyyən bilgiləri onun yazdığı "Yeni türk dili sözlüyü" kitabından almaq olar. Əlyazma şəklində olan kitab hazırda Əlyazmalar İnstitutunda mühafizə olunur. Yeddi cilddlik, hər biri 300 səhifəlik olmaqla, çox səliqəli şəkildə bu günümüzə qədər gəlib çatan kitabın girişində müəllif həmin tədqiqat üzərində beş il çalışdığnı, 1924- ildə  başladığını 1929-cu ildə bitirdiyini qeyd etmişdir. Yeddi cildlik əlyazmada on səkkiz min sözün açılışı  verilmişdir. Hər bir sözün hansı məna daşıdığı hansı dildən keçdiyi əsaslandırılmışdır.  Maraqlı faktda bir ondadır ki, bu tədqiqata yüzlərcə şəkil daxil  edilmişdir. Müəllifin özünündə qeyd etdiyi kimi, şəkillərin verilməsi sözlərin açılışının  oxucu tərəfindən tez qavranması üçün edilmişdir.  Müəllif şəkilləri çox sadə, həmdə sözün məna çalarına  uyğun  çəkmişdir. Bu gün həmin sözlərin bir çoxu unudulmaqdadır. Diqqətlə əsəri təhlil etsək, onun bu gün qədər böyük əhəmiyyət daşıdığını görmək olar. Latın qrafikasında yazılan tədqiqat dilçilik sahəsində ilk izahlı lüğət  hesab olunur.

Çox böyük intellekt sahibi olan Mirzə Saleh dilçi olmaqla yanaşı, həm həkim idi. Maraqlıdır ki, ətraf kəndlərdə bu gün onu daha çox həkim kimi xatırlayırlar. hətta məzar daşının üzərində "Bu məzar həkim Mirzə Saleh Molla Məmmədalı oğlu Axundova  məxsusdur" yazılıb. Onun atası Molla Məmmədalının Quzanlının mərkəzində, "Kommunist" tirəsi deyilən əraziyə yaxın olan adsız təpədə inşa etdirdiyi ikimərtəbəli evdə kənddə ilk tibb məntəqəsi açması da fakt olaraq qalır. Birinci mərtəbədəki otaqların birində tibb məntəqəsi uzun müddət fəaliyyət göstərmiş   onlarca şəxsə yenidən həyat vermişdir. Bu gün Mirzə Salehin həmkəndlilərinə göstərdiyi xidmətlər haqqında  çox saylı rəvayətlər  danışılır.

Həmin binaya bitişik kiçik bir otaqda qardaşı Süleyman kənddə ilk əczaxana açmışdır. Mirzə Salehin reseptlərinə uyğun olaraq dərmanlar, müxtəlif məlhəmlər hazırlanır, xəstələrə çox cüzi qiymətə satılarmış. Bu gün üçün təəccüblü olan birdə odur ki, Mirzə Saleh xəstələrin  sağaldıqdan sonra ona gətirdiyi  pay-pürüşü kasıb-kusuba paylayırmış...

Araşdırmalar göstərir ki, Mirzə Saleh tibbə marağı Təbrizdə dini təhsil alarkən yaranır. bu maraq onu Tehrana gətirir. Tehranda fransızların açdığı tibb məktəbinə daxil olan Mirzə Saleh  dörd il təhsil aldıqdan, bir xeyli təcrübə qazandıqdan sonra vətəninə qayıdır. Burada bir məqama diqqət yetirək. Belə ki, onun tibb təhsilinin bəzi mənbələr Təbriz , bəziləri isə Tehranda aldığı qeyd olunur.  Bizim  bu istiqamətdə apardığımız araşdırmalar göstərir ki, bu şəhərin  Tehran  olması daha çox həqiqətə uyğun gəlir. Belə ki, Mirzə Salehin  birinci nigahlı xanımının fars olması bu  fikri  təsdiqləyir. Söylənilənlərə görə, İrandan gələndə Mirzə Saleh özüylə bir fars dilli xanımla gəlmişdir.

Bir faktı da əlavə edək ki, ikimərtəbəli dörd gözdən ibarət olan mülkü atası Molla Məmmədalı tərəfindən inşa edilmişdir. Qayınatası İsgəndər kişinin ona pay verdiyi torpaqda qızıl pula aldığı kərpiclə inşa etdirilən binanın bir otağında sovet hökuməti illərində "Kommunist" kolxozunun idarə heyəti çalışmışdır. Mirzə Salehin  anası Xədicənin daha iki bacısı Fatma Ümbülbanuda onlara qonşu idilər. İsgəndər kişinin atasının adı Həsən olduğu deyilir. o nəslin soyadınında Həsənov olması məhz ulu babasının adı ilə bağlıdır. Əlavə edək ki, Mirzə Salehin üçüncü evliliyindən Yəhya adlı oğlu dünyaya gəlmişdi...

Mirzə Saleh 1952-ci ilin yanvar ayının beşində dünyasını dəyişmişdir. 

Bir neçə dil bilən Mirzə Salehin şeir yazması haqqında məlumatlar olsa da şeir nümunələrindən bu günə kimi gəlib çatmamışdır.

Sonda bir maraqlı  məqama da diqqət yetirək.   Müəllif izahlı lügətin məhz türk dili adlandırması da təsadüfi deyildir. Bundan əlavə repressiya illərində bu kitabın gizlədilərək üzə  çıxarılmaması müəllifi yüz faizlik ölümdən qurtarmış oldu. Nəticə etibariylə təxminən doxsan il əvvəl yazılmış lügət bu gündə əhəmiyyətini itirməmişdir. Odur ki, "Yeni türk dili sözlüyü"  kitabının nəşrinin dövlət səviyyəsində həyata keçirilməsinə ehtiyac vardır. İnanırıq dilçi alimlərin rəyləri ilə samballı  tədqiqat yaxın illərdə oxucuların ixtiyarına veriləcəkdir...

Beləliklə, fəaliyyətimizin əsas məqsədi kölgədə qalmış şəxsiyyətlər haqqında məlumatları toplamaqla, onların həyat yaradıcılığı haqqında bilgiləri təhlil etməklə, oxucularımızın müzakirəsinə verməkdir. Keçmişimizi təhlil edib, onu lazımi səviyyədə gənc nəslə təblig etmək isə hər birimizin vəzifə borcu olmalıdır...  

 





22.05.2014    çap et  çap et