525.Az

Yaponiyada “4K” formatlı ilk kanal açılır


 

Yaponiyada “4K” formatlı ilk kanal açılır<b style="color:red"></b> Cənubi Koreyadan sonra Yaponiyada "Ultra HD” formatlı (4K) ilk televiziya kanalı açılır.
 
525.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 2-də rəsmən istifadəyə veriləcək “4K” kanal ilkin mərhələdə hər gün 6 saat fəaliyyət göstərəcək. Teleproqramlar “CS Digital Broadcasting” peyk platformasının 124 və 128-ci kanalları ilə ötürüləcək.   
 
Peyk qəbuledicisində və ya uyğun televizorda yeni telekanalların qəbulu üçün tamaşaçılar Yaponiyanın “NexTV-F” (Next Generation Television and Broadcasting Promotion Forum) operatorundan çıxış əldə etməlidirlər.
 
3840х2160 piksel təsvir ölçüsündə yayımlanacaq “4K” formatlı kanal HEVC / 60 QHs standartından istifadə edilməklə kodlaşdırılacaq.
 





22.05.2014    çap et  çap et