525.Az

Putin Makronla Ukraynadakı vəziyyəti müzakirə edib


 

Putin Makronla Ukraynadakı vəziyyəti müzakirə edib<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

525.az xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.

İki ölkə lideri telefon danışığı zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

“Fransa tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirilib”, - deyə məlumatda qeyd edilir

 





18.03.2022    çap et  çap et