525.Az

"Siyəzən Broyler"də yanğın olub


 

"Siyəzən Broyler"də yanğın olub<b style="color:red"></b>

"Siyəzən Broyler"də yanğın olub.

Bu barədə 525.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Siyəzən rayonunun Siyəzən kəndində, "Siyəzən Broyler" ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





19.03.2022    çap et  çap et