525.Az

Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib


 

Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib<b style="color:red"></b>

“Baharın, dirçəlişin, firavanlığın, həyat və əmin-amanlığın rəmzi olan gözəl Novruz bayramı münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm!”.

525.az-ın xəbərinə görə, Ukraynanın Azərbaycandakı səfiri səfiri Vladislav Kanevski bunu “Facebook”-da paylaşımında bildirib.

“Ukraynaya yaz əvəzinə müharibə gəlsə də, əziz azərbaycanlılar, əminəm ki, biz ailə rahatlığının, sizin kimi əsl dostlarla səmimi və şən görüşlərin xoşbəxtliyini yenidən hiss etmək üçün bu zülməti dəf edəcəyik!”,- deyə səfir qeyd edib.

 





20.03.2022    çap et  çap et