525.Az

“Kimsə cinayətə yol veribsə, cəzalandırılacaq”


 

“Kimsə cinayətə yol veribsə, cəzalandırılacaq”<b style="color:red"></b>

“Komitə olaraq Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə diqqətimizdədir”.

APA-nın xəbərinə görə, bunu  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, hazırda bununla bağlı komissiya yaradılıb və onlar 7 nömrəli xüsusi internat məktəbinə cəlb olunublar: “Əgər kimsə orada cinayətə yol veribsə, əlbəttə ki, o insanlar cəzalandırılacaq. Bu işlə hazırda hüquq-mühafizə orqanları məşğul olur. Hər  hansı bir uşağa təzyiq olunubsa, aidiyyatı orqanların tədbir görəcəyinə əminəm”.

 





22.05.2014    çap et  çap et