525.Az

Azərbaycan XİN İsveçin xarici işlər nazirinə təşəkkür edib


 

Azərbaycan XİN İsveçin xarici işlər nazirinə təşəkkür edib<b style="color:red"></b>

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İsveçin xarici işlər naziri Ann Lindeyə Novruz bayramı təbrikinə görə təşəkkür edib.

525.az XİN bu barədə tviter hesabında paylaşım edib.

“Təşəkkür edirik əziz Ann Linde”, - Azərbaycanın Xarici İşlər Nazirliyinin tviter paylaşımında qeyd olunub.

Xatırladaq ki, daha əvvəl İsveçin xarici işlər naziri Ann Linde özünün tviter hesabında Novruz bayramı münasibətilə 4 dildə paylaşım edib. Xarici işlər nazirinin paylaşımlarından biri Azərbaycan dilində olub. İsveçin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında “Novruz bayramınız mübarək”, - yazıb.

 





21.03.2022    çap et  çap et