525.Az

Böyük Qafqazın Qara Qafqazı


 

Böyük Qafqazın Qara Qafqazı<b style="color:red"></b>

Son dəfə onunla görüşə gedəndə durumu heç ürəkaçan deyildi. Buna baxmayaraq yenə özünü sındırmırdı. Ona ürək-dirək vermək istədim. Fikrimi anladı, məni sakitləşdirməyə çalışdı: "Allah  mənə sizin kimi yoldaşlarla birgə döyüşmək şərəfini  qismət edib. İnsan üçün bundan şərəfli ola bilər ki?"

Heç təsəvvür etməzsiniz ki, bütün bunları görmək eşitmək dərəcədə dözülməz idi. Ağır günlərdə bir-birimiz üçün sinəmizi güllə qabağına verən bizlər, indi gözümüzün qabağında ürək xəstəliyindən əziyyət çəkən,  igidliyiylə ad çıxarmış bu qəhrəman oğula heç bir köməklik edə bilmirdik. Acizlik imkansızlıq reallığını qəbul etməklə, utanıb  özümüzü "dövran" adlandırdığımız səbəbkarı söyməkdən başqa əlimizdən heç gəlmirdi.

Onu müalicə elətdirmək üçün üz tutduğumuz Bakı xəstəxanaları bəlkə heç vaxt belə qələbəlik görməmişdi. Yatdığı palatalarda döyüş yoldaşlarının əlindən digər xəstələrin rahatsız olması adi hala çevrilmişdi. Təəssüf. Müharibənin ürəyinə vurduğu fiziki-mənəvi yaraların müalicəsi mümkün olmadı. Amma olmalıydı, sadəcə, maddi imkansızlıq sonda öz sözünü dedi. Keçmiş icra başçısının qapı-qapı düşüb pul yığmaq təklifi onu bərk sarsıtmışdı. Xasiyyəti heç adından geri qalmırdı. Dağlar kimi qürurluydu Qafqaz. Sağalıb yaşasaydı, kiminsə ona minnət qoymasını heç vaxt qəbul etməzdi Qafqaz.

Yaxşı deyiblər, ömür mənalı yaşanıbsa, ölüm mənalı olur. Döyüş yaralarına görə atəşkəsin 20-ci ilində şəhid olmuş bu igidin ölümü cəmiyyətdəki sosial, mədəni mənəvi qüsurların üzə çıxması baxımından çox mənalı həm düşündürücü idi. Hətta onu son mənzilə yola salanda da insident yaşandı. Axşamdan səngər dostlarının ölüm  eşidib yaxından uzaqdan gələn döyüşçü yoldaşları Füzulinin Bala Bəhmənli kəndinə toplaşmışdılar. Şəxsən mən ömrümdə bu qədər müharibə iştirakçılarının bir yerdə kiminsə dəfnində iştirakına şahidlik etməmişəm. Hamı göz baxa-baxa itirdiyi yoldaşının qarşısında duyduğu vicdan yükünü heç olmazsa onu son mənzilə öz çiyinlərində yola salmaqla bir az yüngülləşdirmək istəyirdi. Amma sən demə, mərhumu maşına qoymadan çiyində aparmaq burada kənd mollası tərəfindən qoyulmuş qaydanı "kobud şəkildə pozulması" deməkmiş. Bir onu bilirəm ki, molla "Məni öldürün, amma bu kəndin qaydasını pozmayın" sözlərini 1992-ci ildə deyə bilməzdi. O vaxt belə absurd zərərli "qayda"lara yer yox idi.

Hamımızın Qara Qafqaz kimi tanıdığımız Gülmalıyev Qafqaz Hilal oğlu ilk könüllü döyüşçülərdən olub doğulduğu  kənddən cəbhə  xəttinə yola düşəndə çoxları müharibəni bir "gizlənpaç" oyunu sanırdı. Mən onunla ilk dəfə Məlikcan döyüşündə görüşdüm. Elə həmin vaxtdan bu arıq, ucaboy, qarayanız  gəncin ( o zaman hamımız gənc sayılırdıq) səmimiliyi qorxmazlığı məni valeh eləmişdi.

Bütün tarixi sənədlərdə Məlikcan kəndi alınmaz qala kimi təsvir edilir qeyd olunur ki,  hətta 1918-ci il döyüşlərində türk-islam ordusu da buranı ala bilməmişdi. Yaxınlıqdakı "türk səngəri" kimi tanınan istehkam qalıqları da həmin döyüşlərin  nişanəsi olaraq  göstərilirdi. Amma Qafqaz kimi igidlərin sayəsində bu "alınmaz qala" almağa bizə bir neçə dəqiqə kifayət etmişdi.

Sonralar biz Qafqazla bir yerdə Qırmızıbazar, Gülmətəpə, Qızılqaya ,Məngələnata kimi əməliyyatlarda iştirak etdik. O, Muğanlı döyüşündə  ikinci dəfə ağır yaralandıqdan sonra Ələt hospitalında müalicə olunurdu. Hospitaldan çıxandan sonra Bakıda təsadüfən görüşdük. Onun tam sağalmadığını biləndə  "indi etmək fikrindəsən?" deyə soruşdum. Bir qədər təəccüblə "Birbaşa rotaya gedirəm" deyib yenidən döyüşlərə atıldı. 1992-ci ilin hücum əməliyyatlarından sonra 1993-ün ondan da ağır müdafiə döyüşlərində Ərgünəşdən Araza qədər hər kənd, hər yüksəklik uğrunda gedən ölüm-dirim savaşları bu adamı fiziki, mənəvi cəhətdən sındıra bilmişdi. Amma qəlbi , qüruru da adı kimi olan Qafqaz sınmasa da,  itirilmiş mövqelər   şəhidlik zirvəsinə yüksəlmiş dostların yoxluğu onu da sarsıtmışdı. Möhtərəmin, Zakirin ,Cəmilin ölümü ona daha çox təsir edirdi. İllah da Cəmilin həlak olması onun qəlbində sağalmaz bir yara vurmuşdu. 1993- ilin 15 avqustunda Şayax yüksəkliklərindən Qızılqayaya kimi geniş bir ərazidə kütləvi hücuma keçən düşmən qüvvələri iki gündən çox davam edən ağır döyüşlər nəticəsində bizim bəzi mövqeləri götürə bilmişdilər. O günlər hər qarış torpaq uğrunda döyüşlər gedirdi. Rabitəçı  "Günəş"in  məni çağırdığını bildirdi. Bu, Qara Qafqazın çağırış kodu idi. O, Cəmilin həlak olduğunu onun mövqeyinin düşmən tərəfindən alındığını bildirib meyidi oradan çıxartmaq üçün əks-hücum məqsədiylə ona kömək göstərməyimi istəyirdi. İndi danışmağa var ki? İndi hamı qəhrəmandır. Amma həmin anda mən ürək ağrısıyla Qafqaza "Heç kim yoxdur, özün bir şey fikirləş" deyəndə o hər şeyi başa düşdü. Sürücü Sahib kişidən tutmuş rabitəçilərə kimi, aşpazlar həkimlər daxil olmaqla hamı bir nəfər kimi əldə silah döyüşürdü. Səməd həkim elə səngərdəcə yaralıları qəbul edib tibbi yardım göstərirdi. İki aydan artıq davam edən fasiləsiz döyüşlərin nəticəsində biz ehtiyat qüvvəsi olmadan döyüşmək məcburiyyətində qalmışdıq.

Bütün bunları görmək, anlamaq mövcud durumla barışmaq  Qafqaz kimi məğrur igidlərin qəlbini necə  sarsıtmaya bilərdi ki?

Öldürüb gətirdiyi düşmən zabitinin meyidiylə dostunun meyidini dəyişmək planı heç cür alınmadı. Bu məsələ onu daha da qaradinməz etmişdi.

Amma ondan danışarkən Cəmili xatırlamamaq olmur. O Cəmili ki, bölük starşinası ola-ola həm döyüşdə qabaqdaydı, həm kəşfiyyatda.

İki gün sonra,  avqustun 17- Ələsgəri itirdik. Qafqaz üçün dərd dərdin üstünə gəlirdi. Ələsgər doğma kəndi Yuxarı Əbdürrəhmanlını düşməndən qorumaq üçün özünü fəda etdi. Onun meyidinin tapılması düşməndən alınması bütöv bir kitabın hekayəsi ola bilər.

Heç bir qanunun işləmədiyi, intizamsızlığın hökm sürdüyü, əvəzində düşmənin bütün cəbhə boyu nizami qüvvə ilə hücuma keçdiyi bir dövrdə düşməni durdurmaq, onun daha çox ərazi işğal etməsinin qarşısını almaq Qafqaz kimi oğulların hesabına mümkün oldu. Bu ağır döyüşlərdə düşmənin yandırılmış texnikası məhv edilmiş canlı qüvvəsi sonrakı irəliləmələrin qarşısını aldı.

Amma bütün bunlar olmasaydı da, tək elə bir Horadiz əməliyyatının iştirakçısı olduğuna görə Qafqazın ürəklə "Mən Vətən üçün nəsə etmişəm" deməyə haqqı çatırdı. Təkcə ona görə yox ki bu əməliyyat nəticəsində böyük bir ərazi düşməndən azad edilmişdi, həm ona görə ki,  igid Azərbaycan əsgəri qısa zaman ərzində uğurlu hücum aparmağa qadir olduğunu bir daha sübuta yetirmişdi.

Sonradan Eyvazın, Xanalının neçə-neçə digər döyüş yoldaşının ölümü onu daha da sarsıtdı.

 

Yarıb sən köksümü baxsan, qəlbimdə

Yəqin neçə-neçə yara görərsən.

Hər biri bir dostu itirdiyimdə,

Duyduğum ağrıdan qalmışdı məndə.

 

Onun həyatı da bizə çox şey dedi, ölümü . Tanrı insanı saxlayanda saxlayır. Qafqazı da  bir müddət saxladı. Ona övladlarını birtəhər bir yana çıxarması üçün möhlət verdi.

Qafqaz sədaqət örnəyi kimi həmişə nəsillərin qəlbində yaşayacaq. Mən buna əminəm. O, əlilliyinə ağır xəstəliyinə baxmayaraq özünü deyil, cəbhə yoldaşlarını fikirləşirdi, özünün yardıma ehtiyacı olduğu halda bizlərə yardım etməyə çalışırdı. Üç körpə qızı qalmış dostu Cəmilin ailəsini heç vaxt  unutmadı, daim onlara qayğı göstərdi. İşə, taleyə bax,  20 ildən sonra Qafqazın oğlu Cəmilin kiçik qızı ilə ailə qurdu.

İnanıram ki, vaxtsa, səxavət dedikdə Hatəmi, gözəllik dedikdə Yusifi  nümunə gətirdikləri kimi, sədaqət dedikdə Qara Qafqazın adını xatırlayacaqlar.

 





22.05.2014    çap et  çap et