525.Az

Azərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb


 

Azərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb<b style="color:red"></b>

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.

 





21.03.2022    çap et  çap et