525.Az

Ceyhun Bayramov Bağdad Amreyevlə telefonla danışıb


 

Ceyhun Bayramov Bağdad Amreyevlə telefonla danışıb<b style="color:red"></b>

Martın 21-də xarici işlər naziri Ceyhun Bayramovun Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev ilə telefon danışığı baş tutub.

Bu barədə 525.az-a XİN-dən məlumat verilib. Tərəflər Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın VIII Zirvə Görüşünün qərarlarının icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Türk Dövlətləri Təşkilatının beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələləri, xüsusilə də İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq müzakirə mövzusu təşkil edib.

Tərəflər həmçinin təşkilatın gələcək tədbirləri ətrafında müzakirələr aparıblar.

 





21.03.2022    çap et  çap et