525.Az

UNESCO-da Azərbaycanın görkəmli yazıçısı İlyas Əfəndiyevin 100 illiyi qeyd edilib


 

UNESCO-da Azərbaycanın görkəmli yazıçısı İlyas Əfəndiyevin 100 illiyi qeyd edilib<b style="color:red"></b>

Mayın 19-da Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Parisdə, qurumun mənzil iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri - yazıçı-dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.

Tədbirdən əvvəl Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb.

Söhbət zamanı E.Əfəndiyev Prezident İlham Əliyevin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın salamlarını baş direktora çatdırıb, ölkəmiz ilə bu nüfuzlu qurum arasındakı sıx əməkdaşlığı qeyd edib, bu əlaqələr sayəsində Azərbaycan ilə bağlı yaddaqalan yubileylərin UNESCO-da yüksək səviyyədə keçirildiyini xatırladıb İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar xanım İ.Bokovaya təşəkkür edib.

  Baş direktor səmimi salamlara görə Prezident İlham Əliyevə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib, UNESCO ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, təhsil, səhiyyə elm sahəsində sıx əlaqələrin inkişafından razı qaldığını diqqətə çatdırıb. İrina Bokova onun da salamlarını Azərbaycan Prezidentinə Mehriban Əliyevaya çatdırmağı Baş nazirin müavinindən xahiş edib.

Yubiley tədbirini açan Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qiymətli romanların dram əsərlərinin müəllifi İlyas Əfəndiyevin 100 illik yubileyi tədbirində iştirakına görə İrina Bokovaya təşəkkürünü bildirib tədbirin proqramı barədə qonaqlara məlumat verib.

İlyas Əfəndiyevin həyat yaradıcılığı ilə bağlı sənədli film nümayiş etdirilib. Filmdə yazıçı-dramaturqun Qarabağın məşhur nəslindən olmasından, valideynlərindən, uşaqlıq illərindən,   gənclik dövrünün çətinliklərindən bəhs edilir, rus şair yazıçılarından A.Puşkinin, A.Çexovun, M.Lermontovun, İ.Turgenyevin, M.Qorkinin əsərlərinin mütaliəsinin onun ədəbiyyata gəlişində böyük rol oynadığından, Akademik Milli Dram Teatrı ilə 50 ilə yaxın əməkdaşlıq etdiyindən, çoxsaylı pyeslərinin teatrın səhnəsində oynanıldığından söhbət açılır.

Tədbirdə çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova nasir dramaturq İlyas Əfəndiyevin zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu xüsusi vurğulayıb, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsinin müxtəlif mədəniyyətlərin yaxınlaşmasına xidmət etdiyini, yazıçının yaradıcılığının öz xalqının zəngin mədəniyyəti ilə sıx bağlı olduğunu bildirib. O, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın öz ölkəsinin mədəniyyətini tanıtmaq istiqamətində mühüm layihələr həyata keçirdiyini diqqətə çatdırıb, Azərbaycanın mədəni müxtəlifliyinin dünyanın mədəni dəyərlərini zənginləşdirdiyini qeyd edib.

Azərbaycanın maddi qeyri-maddi mədəni irs nümunələrinin Ümumdünya Mədəni İrs siyahısına daxil edildiyini xatırladan İ.Bokova keçən ilin dekabrında Bakıda keçirilən Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitənin 8-ci iclasının yüksək səviyyədə təşkil edildiyini vurğulayıb buna görə ölkəmizin daimi nümayəndəliyinə  təşəkkür edib.

Yazıçının ailəsi adından çıxış edən Elçin Əfəndiyev qonaqları salamlayaraq deyib: "Mən ilk növbədə Azərbaycan hökuməti adından xanım İrina Bokova başda olmaqla UNESCO-nun bütün əməkdaşlarına öz təşəkkürümü minnətdarlığımı bildirmək istəyirəm ki, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin 100 illiyini bu cür yüksək səviyyədə qurumun böyük salonunda qeyd edirlər. Deməliyəm ki, hörmətli xanım İrina Bokova İlyas Əfəndiyevin yaradıcılığı haqqında burada əsl ədəbiyyatşünas kimi çox ətraflı danışdı. Ona görə mən bu tədbirdə İlyas Əfəndiyevin yaradıcılığından xüsusi  danışmağa ehtiyac duymuram. Yalnız onu bildirmək istəyirəm ki, İlyas Əfəndiyevin yaradıcılığının 95 faizi ondan da artığı sovet dövrünə təsadüf edir. Ancaq onun yaradıcılığı, yazdığı pyeslər, romanlar hekayələr, qələmindən çıxan əsərlər qəti surətdə sovet ideologiyasına yox, əsl ədəbiyyata xidmət edib.

Bir məsələni qeyd etmək istəyirəm ki, İlyas Əfəndiyev sadəcə olaraq Sovet İttifaqında səviyyəli yazıçılar arasında çox nadir bir hadisə kimi kommunist partiyasının üzvü deyildi. Onun əsərləri Sovet İttifaqının süqutundan sonra sovet ədəbiyyatının bir çox "generalları" kimi unudulmadı, Sovet İttifaqı ilə bir yerdə tarixin səhifəsinə çevrilmədi. Bu gün müstəqil Azərbaycanda əsərləri teatrlarda ən çox tamaşaya qoyulan böyük yazıçılardan birincisi İlyas Əfəndiyevdir. Bu günlər müstəqil Azərbaycanın nəşriyyatlarında çap olunan romanların, hekayələrin, povestlərin, ümumiyyətlə, bədii əsərlərin müəllifi İlyas Əfəndiyev çox az yazıçılardan biridir ki, onun əsərləri böyük tirajla nəşr olunur. Bu günlər müstəqil Azərbaycanın elm xadimləri onun əsərlərinə yeni gözlə baxırlar. Yazıçının əsərləri yaradıcılığı haqqında çoxlu sayda  dissertasiyalar, monoqrafiyalar yeni kitablar çap olunur.

Ölməz dramaturqun əsərlərinə, yaradıcılığına şəxsiyyətinə hörmətin, ehtiramın ifadəsi olaraq müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında xüsusi sərəncam imzalayıb. Qeyd etmək istəyirəm ki, on il bundan əvvəl İlyas Əfəndiyevin 90 illiyi ilə əlaqədar da Prezident İlham Əliyev sərəncam imzalamışdı. Yazıçının 90 illiyi çox yüksək səviyyədə qeyd olunmuşdu. Müstəqil Azərbaycan dövlətinin ən çətin vaxtlarının birində - 1994- ildə ümummilli lider, o dövrdəki Prezident, unudulmaz  Heydər Əliyev İlyas Əfəndiyevin 80 illiyi ilə bağlı xüsusi bir sərəncam imzalamışdı. O vaxtkı çətin dövrə baxmayaraq Azərbaycanda yazıçının özünün iştirakı ilə yubileyi təntənəli şəkildə qeyd olunmuşdu. Bu gün UNESCO kimi mötəbər təşkilatda İlyas Əfəndiyevin 100 illiyi qeyd edilir. Mən bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, müstəqil Azərbaycan ilə UNESCO arasında çox yüksək səviyyəli işgüzar  münasibətlər mövcuddur. Zəngin fəaliyyət UNESCO ilə Azərbaycanı birləşdirməkdədir. Əlbəttə, bu münasibətlərin yaranmasında ilk növbədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd etmək istəyirəm. Mehriban xanımın fəaliyyəti, UNESCO-ya bağlılığı, hörməti, İrina Bokova ilə şəxsi əlaqələri Azərbaycan ilə UNESCO arasındakı münasibətlərin inkişafında mühüm rol oynayıb.

Son olaraq İlyas Əfəndiyevin ailəsinin bir üzvü kimi xanım İrina Bokova başda olmaqla UNESCO-nun bütün əməkdaşlarına dərin  təşəkkürümü minnətdarlığımı bildirirəm. Əminəm ki, belə nüfuzlu təşkilatda İlyas Əfəndiyevin 100  illiyinin bu cür təntənə ilə qeyd edilməsi zalda əyləşən nəvələrinin nəticələrinin xatirələrindən heç vaxt silinməyəcək yaddaşlarında əbədi iz salacaq".

Sonda Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.

Mərasim iştirakçıları İlyas Əfəndiyevin nəvəsi Günay Əfəndiyevanın nəticəsi Eldar Salayevin pianoda ifalarını böyük maraqla qarşılayıblar.

Yubiley mərasimində UNESCO-nun rəsmiləri, fransız ictimaiyyətinin nümayəndələri, Azərbaycanın Fransada Belçika Krallığındakı səfirləri, təşkilatda akkreditə olunan diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak ediblər.

Tədbirin gedişi zamanı İlyas Əfəndiyevin həyat yaradıcılığı, əsərlərindən fraqmentlərlə yanaşı, ölkəmizin tarixini, mədəniyyətini, təbiətini, turizm imkanlarını, xalq sənəti nümunələrini əks etdirən videoçarx nümayiş etdirilib, yazıçı haqqında ingilis dilində kitablar bröşurlar qonaqlara paylanıb.

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov yubiley tədbiri ilə bağlı təəssüratlarını AzərTAc-la bölüşərək deyib:"Parisdə, UNESCO-da Azərbaycanın böyük yazıçısı dramaturqu İlyas Əfəndiyevin 100 illiyinin qeyd olunması əlbəttə, çox böyük hadisədir. Bu o deməkdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz mədəniyyətini, yazıçılarının yaradıcılığını dünyada təbliğ edə bilir.

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İlyas Əfəndiyevin 100 illik yubileyinin yalnız ölkəmizdə deyil, belə geniş miqyasda, dünyanın mədəniyyət paytaxtı olan Parisdə keçirilməsi əlbəttə, bizim üçün fəxrdir, həm ədəbiyyatımızın dəyərini göstərən bir hadisədir.

Yaddaqalan çox gözəl bir tədbir keçdi. Azərbaycan incəsənət ustalarının çıxışı, xüsusilə, İlyas Əfəndiyevin ata-baba yurdu Qarabağ haqqında mahnıların ifası hamıda xoş təəssürat yaratdı. Əminəm ki, bu tədbir təsirsiz ötüşməyəcək, İlyas Əfəndiyevin, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünyada tanınmasında çox mühüm hadisə kimi yadda qalacaq".

 Əsgər ƏLİYEV,

Paris

 





22.05.2014    çap et  çap et